EN

Vətən müharibəsi şəhidi Orxan Babayevin ildönümündə xatirəsi anılıb

Yeniazerbaycan portalından verilən məlumata görə, ain.az xəbər yayır.

10 noyabr 2025-ci il ağstafalı Vətən müharibəsi şəhidi Babayev Orxan Sərvan oğlunun ildönümüdür. Bu münasibətilə Qarahəsənli kənd qəbirstanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan digər şəhidlərimizin də məzarları ziyarət olunub, önlərinə gül dəstələri düzülərək əziz xatirələri yad edilib.

Daha sonra tədbir iştirakçıları şəhid Orxan Babayevin ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
105
3
yeniazerbaycan.com

10Sources