EN

Türkiyə Milli Müdafiə Nazirliyi təyyarənin qəzaya uğradığı yerin aşkarlandığını açıqlayıb

Ankara, 11 noyabr, AZƏRTAC

Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” hərbi nəqliyyat təyyarəsinin qəzaya uğradığı yerin aşkarlandığını açıqlayıb.

AZƏRTAC Türkiyə Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, “C130” təyyarəsinin qəzaya uğradığı yeri Gürcüstan axtarış-xilasetmə qrupları aşkar ediblər.

“Türk ekspertlərinə faciənin səbəbini araşdırmaq imkanı yaratmaq üçün qəza yeri mühasirəyə alınıb”, - deyə Müdafiə Nazirliyi bildirib. Mütəxəssislərdən ibarət qrup artıq təyyarənin qəzaya uğradığı yerinə yola düşüb.

Qəzanın səbəbləri Türkiyə ekspertlərinin ətraflı təhlilindən sonra açıqlanacaq.

Xatırladaq ki, qəza baş verən zaman “C130” təyyarəsində heyət də daxil olmaqla, 20 nəfər olub.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

Chosen
36
8
azertag.az

10Sources