Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” hərbi nəqliyyat təyyarəsinin qəzaya uğradığı yerin aşkarlandığını açıqlayıb.
“İki sahil” Türkiyə Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, “C130” təyyarəsinin qəzaya uğradığı yeri Gürcüstan axtarış-xilasetmə qrupları aşkar ediblər.
“Türk ekspertlərinə faciənin səbəbini araşdırmaq imkanı yaratmaq üçün qəza yeri mühasirəyə alınıb”, - deyə Müdafiə Nazirliyi bildirib. Mütəxəssislərdən ibarət qrup artıq təyyarənin qəzaya uğradığı yerinə yola düşüb.
Qəzanın səbəbləri Türkiyə ekspertlərinin ətraflı təhlilindən sonra açıqlanacaq.
Xatırladaq ki, qəza baş verən zaman “C130” təyyarəsində heyət də daxil olmaqla, 20 nəfər olub.