AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, qəzaya düşən təyyarədə ekipaj üzvləri ilə birlikdə 20 hərbçi olub və qəza yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Qeyd olunur ki, Türkiyəyə məxsus "C-130" tipli hərbi təyyarə Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra həyəcan siqnalı vermədən Gürcüstan Hava Naviqasiya Xidmətinin (GASA) radarlarından itib.
AzVision.az