Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” təyyarəsinin ekipaj üzvlərinin ailələrinə başsağlığı verib.
KONKRET.az xəbər verir ki, Papuaşvili “X” sosial şəbəkəsində paylaşım edərək dərin hüznlə baş vermiş faciəyə münasibət bildirib:
“Gürcüstanda baş verən Türkiyə hərbi-nəqliyyat təyyarəsinin faciəli qəzasına görə dərindən kədərlənirəm. Həyatını itirən ekipaj üzvlərinin ailələrinin yanındayıq. Bu kədərli anlarda Gürcüstan olaraq Türkiyəyə həmrəylik nümayiş etdiririk.”
Qeyd edək ki, Türkiyəyə məxsus “C-130” tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Türkiyə Milli Müdafiə Nazirliyi təyyarənin göyərtəsində 20 hərbçinin olduğunu açıqlayıb.
Hadisə ilə bağlı araşdırma davam edir.
Natiq Səlim,
KONKRET.az