AZ

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı veribAzərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.

Milli.Az MN-ə istinadən xəbər verir ki, başsağlığında deyilir: "Azərbaycandan Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".

Seçilən
9
47
sonxeber.az

10Mənbələr