EN

Kəmaləddin Heydərov Gürcüstan daxili işlər naziri ilə telefon danışığı aparıb

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gürcüstan daxili işlər naziri Gela Geladze ilə telefon danışığı aparıb.

Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Söhbət zamanı baş vermiş faciə ilə bağlı vəziyyət müzakirə olunub. Kəmaləddin Heydərov Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan FHN-in qüvvələrinin axtarış-xilasetmə əməliyyatına dərhal qoşulmağa və müvafiq dəstək tədbirləri görməyə tam hazır olduğunu bildirib.

Gürcüstan daxili işlər naziri Gela Geladze təşəkkür edərək qeyd edib ki, ehtiyac yarandığı təqdirdə sərhəddə hazır vəziyyətdə gözləyən Azərbaycan FHN-in xilasetmə qüvvələrinin əməliyyatlara cəlb edilməsi üçün müraciət olunacaq.

Məlumata görə, iki qurum arasında təmaslar davam edir.

Chosen
34
29
day.az

10Sources