EN

DSX: Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı verir

Dövlət Sərhəd Xidməti (DSX) Türkiyəyə məxsus C-130 hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Bizim.Media xəbər verir ki, bu barədə DSX-nin sosial şəbəkə hesabında paylaşım edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ehtiyac yaranacağı halda Azərbaycan FHN xilasetmə əməliyyatlarına CƏLB EDİLƏCƏK


Başsağlığında deyilir:

“Türkiyə Respublikasına məxsus C-130 hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Bu ağır itki ilə bağlı qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı verir, şəhidlərimizin ailələrinə səbir diləyirik.

Azərbaycan və Türkiyə xalqları bir millət, iki dövlət olaraq hər zaman olduğu kimi bu ağır gündə də bir-birinin yanındadır.

Allah rəhmət eləsin”.


Bizim.Media

Chosen
31
13
bizim.media

10Sources