Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan “C130” hərbi yük təyyarəsi ilə bağlı açıqlama verib.
AZƏRTAC xəbər verir ki, açıqlamada qəzadan dərhal sonra axtarış-xilasetmə işlərinin başlanıldığı bildirilib.
Burhanettin Duran hadisə ilə bağlı ictimaiyyətin düzgün məlumatlandırılması məqsədilə yalnız rəsmi qurumların açıqlamalarına diqqət yetirilməsi və təsdiqlənməmiş məlumatların paylaşılmamasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.