EN

Burhanettin Duran: Təyyarə qəzasından dərhal sonra xilasetmə işlərinə başlanılıb

BAKI, 11 noyabr. TELEQRAF

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan “C130” hərbi yük təyyarəsi ilə bağlı açıqlama verib.

Teleqraf xəbər verir ki, açıqlamada qəzadan dərhal sonra axtarış-xilasetmə işlərinin başlanıldığı bildirilib.

Burhanettin Duran hadisə ilə bağlı ictimaiyyətin düzgün məlumatlandırılması məqsədilə yalnız rəsmi qurumların açıqlamalarına diqqət yetirilməsi və təsdiqlənməmiş məlumatların paylaşılmamasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Chosen
22
7
teleqraf.com

5Sources