Türkiyəyə məxsus C-130 təyyarəsi Gürcüstan ərazisinə daxil olandan bir neçə dəqiqə sonra radarlardan itib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gürcüstan Hava Naviqasiyası Administrasiyasından bildirilib.
Məlumata əsasən, təyyarə həyəcan siqnalı verməyib.
"Administrasiya beynəlxalq protokola tam uyğun olaraq, hadisə yerinə axtarış-xilasetmə qrupu göndərib. Hazırda Gürcüstanın müvafiq qurumları ilə birgə axtarış-xilasetmə işləri aparılır", məlumatda deyilir.