EN

“Şəhidlərimiz var” - Ərdoğandan təyyarə qəzası ilə bağlı açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan yola düşən hərbi təyyarənin Gürcüstanda qəzaya uğraması barədə açıqlama verib.

"Unikal" xəbər verir ki, o, qəza nəticəsində hərbçilərin şəhid olduğunu bildirib.

"Koordinasiyalı səylərimizi davam etdiririk. Ümid edirik ki, bu qəzadan kiçik itkilərlə çıxacağıq. Allah şəhidlərimizə rəhmət eləsin və dualarımız onlarla birlikdədir", - o qeyd edib.

Xatırladaq ki, Gəncə şəhərindən Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.

Chosen
52
24
unikal.az

10Sources