AZ

Türkiyəli nazir Zəngəzur dəhlizindən danışdı

Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacir İğdırın 5-10 il ərzində çox mühüm bir nöqtəyə çatacağını açıqlayıb.

"Unikal" xəbər verir ki, onun sözlərini Türkiyənin "Hürriyet" qəzeti sitat gətirib. 

"İğdırın tərəqqisi indi başlayır. "Zəngəzur dəhlizi" təkcə Azərbaycan və Naxçıvanı deyil, Türkiyəni də bütün türk dünyası ilə birləşdirəcək. Ermənistanla əlaqələrin inkişafı bu regionda ticarət imkanlarını genişləndirəcək. Bütün bunlar Türkiyə və İğdır üçün tamamilə yeni imkanlar yaradacaq",  - qəzet nazirə istinadən yazıb. 

Seçilən
33
unikal.az

1Mənbələr