EN

Lamin Yamal İspaniya millisinin heyətindən çıxarıldı - ARENA.AZ

“Barselona”nın futbolçusu Lamin Yamal noyabr ayına planlaşdırılan oyunlar üçün dəvət aldığı İspaniya millisinin heyətindən çıxarılıb.

Arena.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi zədəli olduğuna görə milli komandadan kənarlaşdırılıb.

Xatırladaq ki, İspaniya millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 15-də səfərdə Gürcüstan, noyabrın 18-də isə doğma meydanda Türkiyə yığması ilə qarşılaşacaq.

Bu arada “Barselona”nın baş məşqçisi Hans-Diter Flik, “blauqrana”nın 18 yaşlı ispaniyalı ulduzu, sağ cinah hücumçusu Lamin Yamalla bağlı çağırış edib:

“Burda etdiyimizi, İspaniya milli komandasından da xahiş edirəm ki, onun haqqında qayğılansınlar. Lamin dəyişib, xeyli yaxşılaşıb, çox yaxşı məşq edir, bərpa təmrinlərini gündəlik surətdə idman zalında icra edir… O, özünün ən yaxşı səviyyəsinə qayıda bilər, amma buna, hələ yüz faiz hazır deyil. Onunla qayğılanmaq gərəkdir – həm burda və həm də yığmada. Fikrimcə, İspaniya millisində də bunu anlayır və əməl edirlər”, deyə Hansi Flik vurğulayıb.

Böyük ehtimalla, Yamal məhz klubunun da müraciəti əsasında millinin heyətindən kənarlaşdırılıb. Bir sözlə, Flik də Yamalın yenidən sıradan çıxacağına dair qayğıdan qurtulmuş olub.

Xatırladaq ki, Lamin Yamal oktyabr ayında məhz İspaniya millisinin düşərgəsində zədə alaraq “Barselona”nın düşərgəsinə qayıtmışdı.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
29
32
arena.az

10Sources