EN

Laçının Qorçu qəsəbəsində ilkin olaraq söküntü işlərinə start verilib (FOTO)

Laçın. Trend:

Laçın rayonunun Qorçu qəsəbəsində ilkin olaraq söküntü işlərinəstart verilib.

Trendxəbər verir ki, bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetməXidmətinin icraçı direktoru Rafiq Salmanov deyib.

O bildirib ki, ümumilikdə 319 yararsız tikilinin söküntüsühəyata keçirilir: “Söküntü işlərinin iki ay ərzində tamamlanmasıplanlaşdırılır. “EL SEYM” şirkəti tərəfindən aparılan söküntününərazisi 300 hektardır.

Söküntü prosesi başa çatdıqdan sonra 2026-cı ildə Qorçuqəsəbəsində birinci mərhələyə aid tikinti işlərinin başlanmasınəzərdə tutulub. Bu mərhələdə 250 fərdi yaşayış evinin inşası üçünlayihə-smeta sənədləri artıq hazırlanıb. Bundan əlavə, Qorçuqəsəbəsində 264 yerlik məktəb, 140 yerlik bağça, tibb məntəqəsi,klub-icma mərkəzi, idman-sağlamlıq mərkəzi və inzibati binanıntikinti işləri başlayacaq, yollar salınacaq.

“Böyük Qayıdış”a dair II Dövlət Proqramı çərçivəsində Qorçuqəsəbəsinin inşasının növbəti mərhələsi üzrə tikinti işlərinin2027–2030-cu illərdə həyata keçirilməsi planlaşdırılır. Bumərhələdə isə 250-300 fərdi yaşayış evinin və üç-dörd mərtəbəliçoxmənzilli yaşayış binasının tikintisi planlaşdırılır. Ümumilikdəgələcəkdə Qorçu qəsəbəsində min ailənin daimi məskunlaşdırılmasınəzərdə tutulub.

Məlum olduğu kimi, Qorçu qəsəbəsi istifadəyə verilmiş LaçınBeynəlxalq Hava Limanının yaxınlığında yerləşir. Bu da gələcəkdəqəsəbədə məskunlaşan əhalinin iş təminatı üçün mühüm roloynayacaq”.

Laçının
Laçının
Laçının
Məqalədə:
Chosen
42
40
az.trend.az

10Sources