EN

“Euronews” paraddan material hazırladı - VİDEO

“Euronews” noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paraddan material hazırlayıb.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, telekanalın saytında dərc olunan yazıda Azərbaycanın İkinci Qarabağ müharibəsinin başa çatmasından 5 il sonra regionda qələbə və sülh şərəfinə hərbi parad keçirildiyi qeyd olunub.

Prezident İlham Əliyevin Zəfər gününü ölkənin mühüm nailiyyəti kimi qeyd etdiyi, qələbəni strateji iqtisadi və hərbi nailiyyətlərlə əlaqələndirdiyi, eyni zamanda, Qarabağda bərpa işlərinin davam etdiyini bildirdiyi diqqətə çatdırılıb.

“Azərbaycan Prezidenti türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərifə münaqişə zamanı göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib və qeyd edib ki, Pakistan hərbçiləri paradda ilk dəfə iştirak ediblər”, - materialda qeyd olunub.

“Bu, üç ölkənin: Azərbaycan, Türkiyə və Pakistanın xalq - ordu birliyinin təzahürüdür”, - Prezident İlham Əliyev deyib.

Türkiyə Prezidentinin hərbi paradda Qarabağdakı Qələbənin Asiya və Avropadakı geosiyasi tarazlığı dəyişdirdiyini və “bölgəmiz üçün yeni bir dövrün qapılarını açdığına” dair fikirlərinə də yer verilib.

Materialda ötən həftə Azərbaycan Prezidentinin Bakıda NATO nümayəndə heyəti ilə görüşü zamanı Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması, bu istiqamətdə Türkiyə ilə əməkdaşlığa da toxunulub.

Yazıda “Beynəlxalq Sülh və firavanlıq üçün Tramp marşrutu” və ya TRİPP adlandırılacaq Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın quru əlaqəsini təmin edəcək dəhlizin əhəmiyyətindən də bəhs edilib.

"Cebheinfo.az"

Chosen
25
12
cebheinfo.az

10Sources