EN

İslandlarla sınağa revanş hissi ilə çıxmaq lazımdır Vaqif Sadıqov

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

Futbol üzrə Azərbaycan millisi bu həftə Bakıda iki vacib sınağa çıxacaq. Ayxan Abbasovun baş məşqçisi olduğu yığmamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də İslandiyanı, ayın 16-da isə Fransanı qəbul edəcək. 

Vacib oyunlar ərəfəsində yığmanın sabiq baş məşqçisi Vaqif Sadıqovla əlaqə saxlayıb onun bu görüşlərdən gözləntilərini, həmçinin, Abbasovun təyinatından sonra komandada hansı dəyişikliyin olduğunu soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu: 

"İlk növbədə onu qeyd etmək istəyirəm ki, Ayxan Abbasovun milliyə baş məşqçi təyinatı qəfil alındı. Xoşagələn haldır ki, AFFA milliyə müəyyən fasilədən sonra yerli məşqçi təyin edib. Bunu görmək çox yaxşıdır ki, Ayxan müəllim çəkinmədən bu məsuliyyətli yükün altına girib. Ən vacibi isə o, qısa müddətdə ortaya fərqli bir komanda çıxarıb. İnanırıq ki, bundan sonrakı addımlar da milli komandanın xeyrinə olacaq.

Oyunlara gəlincə, Çempionlar Liqasında "Qarabağ"ın timsalında rəqibin adından qorxmayan, sona qədər mübarizə aparan Azərbaycan komandası görə biliriksə, ortaya sual çıxır: niyə bu performansı millidən görməyək? Qurban Qurbanov həmişə vurğulayır ki, komandasına çox inanır. İnam böyük bir qüvvədir. İnam və komanda ruhu ilə istənilən nəticəni əldə etmək mümkündür. Son təyinatdan, Ayxan Abbasovun baş məşqçi postuna gətirilməsindən sonra biz millidə komanda ruhunu görə bilirik. Ukrayna ilə oyunlarda və Fransa ilə qarşılaşmada meydanda sona qədər təslim olmayan, döyüşən futbolçular var idi. Qarşıda bizi çox ağır və çox həlledici 2 oyun gözləyir. Əvvəlcə İslandiya ilə üz-üzə gələcəyik. Hansı ki, qrupun favoriti Fransa ilə son oyunda bərabərlik əldə ediblər. Yəni rəqib güclüdür. Amma futbolçular bunu başa düşməlidir ki, uğurlu nəticə əldə etməklə ilk dəfə qrupda üçüncü yeri tuta bilərik. Bu nəticə gələcəyə nikbin baxmağa da əsas verəcək. Bir daha vurğulamaq və "Qarabağ"ı nümunə göstərmək istəyirəm ki, rəqibdən çəkinmək lazım deyil. Ədalət naminə deməliyik ki, Ayxan Abbasovun rəhbərliyi altında artıq istəkli, mübariz komanda formalaşır. Bizə seçmə mərhələnin startında ağır məğlubiyyət yaşadan islandlarla sınağa revanş hissi ilə çıxmaq lazım gəlir. Doğma azarkeşlərin önündə inamlı nəticə ilə 3-cü yer uğrunda mübarizəyə qoşula, tarix yaza bilərik".    

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
2
fanat.az

3Sources