EN

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Saatlı, 11 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Saatlı şəhər Bülbül adına Uşaq Musiqi Məktəbinin şagirdi respublika müsabiqəsində diplomant adını qazanıb

Mil-Muğan Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, idarənin tabeliyində fəaliyyət göstərən Saatlı şəhər Bülbül adına Uşaq Musiqi Məktəbinin III sinif şagirdi Nailə Səmədli Bakı şəhərində keçirilən “Azərbaycan və xarici musiqi nümunələrinin solmizasiyası” adlı I Respublika müsabiqəsində diplomantla təltif olunub.

Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr edilən müsabiqə iki mərhələdə – 25-30 oktyabr və 3-7 noyabr tarixlərində baş tutub. Nailə Səmədli müsabiqədə uğurla çıxış edərək solfecio fənni üzrə yüksək bilik və musiqi duyumunu nümayiş etdirib. Onun ifası münsiflər heyəti tərəfindən müsbət qiymətləndirilib və o, diplomant adına layiq görülüb. Şagirdin müəllimi Aynur Səmədova da müsabiqədəki peşəkar hazırlığa görə təşəkkürnamə ilə təltif edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
34
1
azertag.az

2Sources