EN

Ölümün nəfəsini hiss edirəm

Xalq artisti Flora Kərimovanın uzun müddət sonra yeni görüntüsü yayılıb.

Publika.az xəbər verir ki, görüntüləri ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova paylaşıb.

O, F.Kərimovanın evində qonaq olduğunu bildirib:

"Xalq artisti, Şərəf ordenli, əvəzsiz səsin, incəliyin və ruhun təcəssümü olan Flora Kərimovanın qonağı oldum. Amerikaya qəfil dönmək qərarını aldığım üçün düşündüm ki, vaxt itirmədən Flora xanımı da görüm. Çünki belə insanlar hər görüşü ilə yaddaşda bir iz buraxır. Bakı gecəsi saat 12 idi. Biz onun bağ evinə çatdıq. Badamburalı çay içdik, şirin söhbət elədik. Onun zarafatları, dərin, kamil fikirləri o qədər səmimi idi ki, hər kəlməsi həyat dərsi kimi idi.

Chosen
20
4
publika.az

10Sources