EN

Dövlət Bağçalı: "Türkiyə və Azərbaycanın strateji əməkdaşlığı bəzi dairələri narahat edir"

Türkiyə və Azərbaycanın strateji əməkdaşlığı bəzi dairələri narahat edir.

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı partiyasının iclasında səsləndirib.

MHP lideri qeyd edib ki, Türk dünyasının iki parlayan dövləti olan Türkiyə və Azərbaycanın dərin qardaşlıq münasibətlərinə kölgə salmaq istəyənlər heç vaxt məqsədlərinə nail ola bilməyəcəklər.

Azərbaycan-Ermənistan sülh prosesinə toxunan Bağçalı bildirib ki, 8 avqustda Vaşinqtonda imzalanmış bəyannamə bu prosesə mühüm təkan verəcək.

Partiya sədri, həmçinin, Vətən müharibəsində Azərbaycanın göstərdiyi əzm və qəhrəmanlığı yüksək qiymətləndirərək, Qarabağın işğaldan azad edilməsini tarixi qələbə adlandırıb. O, sülh prosesində atılan addımların müsbət nəticə verəcəyinə inandığını vurğulayıb.

Dövlət Bağçalı, həmçinin, “Zəfər Günü” və “Bayraq Günü” münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edib.

"Cebheinfo.az"

Chosen
22
10
cebheinfo.az

10Sources