Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Son günlər bölgələrdə ətin qiymətində ucuzlaşmasının olması ilə bağlı xəbərlər yayılıb. Yayılan dabaq xəstəliyindən sonra ətin qiymətinin ortalama 2 manat ucuzlaşdığı bildirilir.
Milli.Az-ın apardığı bazar araşdırmasına əsasən sözügedən fakt öz təsdiqini tapmayıb. Hansısa rayonda bir qəssab əti 2 manat ucuz sata bilər, amma bu ümumi bazarda qiymətin ucuzlaşmasına təsir etmir.
Apardığımız araşdırma nəticəsində məlum oldu ki, hazırda supermarketlərdə ətin qiymətində heç bir dəyişiklik baş verməyib, dana əti 17-25 manat aralığında dəyişir.
Paytaxt Bakıda yerləşən bazarlarda da ətin qiymətind azalma yoxdur. Daha ətinin bir kiloqramı 18-20 manata təklif olunur.
Əvəzində ölkəyə idxal edilən ətin qiyməti daha aşağıdır. Yerli fermerlərin tezliklə rəqabətə davam gətirmək üçün qiymətləri aşağı salmasını gözləmək olar.
Mehman Əsədov
Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.