EN

Binəqədi Gənclər şəhərciyində Zəfər Günü münasibətilə bayram süfrəsi açılıb

8 noyabr 2025-ci il tarixində iş adamı Cəlil Nağıyevin təşəbbüsü və təşkilatçılığı ilə Binəqədi Gənclər əhərciyində şəhid ailələri və qazilər üçün bayram süfrəsi təşkil edilib. 200 nəfərdən çox şəxsin iştirak etdiyi bayam süfrəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi hörmətlə yad edilib, onların ruhuna dualar oxunub.

Tədbirdə çıxış edən Cəlil Nağıyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun qazandığı 8 noyabr zəfərinin önəminə toxunub, bundna sonra da dövlətimizin və Prezidentimizin ətrafında sıx birləşməyin vacibliyini qeyd edib:

“8 Noyabr zəfəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin şəhid və qazilərin qəhrəmanlığı, xalqımızın həmrəyliyi sayəsində əldə etdiyi tarixi bir zəfər, misilsiz bir qələbədir. Mən bu böyük bayramın 5-ci ildönümü münasibətilə bütün xalqımızı təbrik edir, dövlətimizə, Ali Baş Kopmandanımıza, Ordumuza uğurlar arzulayıram.

Vətən müharibəsi və hərbçilərimizin bu müharibədə göstərdiyi qəhrəmanlıqlar, şəhid və qazilərimizin igidlikləri bu gün də dünya dövlətləri tərəfindən heyranlıqla öyrənilməkdə, tədqiq edilməkdədir. Cəmi 44 gün ərzində erməni faşizmini daramdağın edən Azərbaycan Silahlı Qüvvələri bu gün də regionda sülh və təhlükəsizliyin əsas qarantı olaraq qalmaqdadır, öz döyüş hazırlığını daha da yüksəltməkdədir.   

8 Noyabr zəfəri Ordumuzun gücünü, Prezidentimizin sərkərdəlik qabiliyyətini nümayiş etdirməklə yanaşı, həm də birliyimizin, həmrəyliyimizin nə qədər vacib olduğunu bir kəs daha sübut etdi. Bu zəfər göstərdi ki, biz bundan sonra da Prezidentimizin ətrafında sıx birləşməkdə davam etməli, növbəti uğurlar, qələbələr üçün dövlətimizlə həmrəy olmalıyıq”.

Tədbirdə çıxış edən şəhid anaları və qazilər onlara göstərdikləri diqqət və qayğıya görə təşəkkür edib, bundan sonra da Prezident İlham Əliyevin hər bir çağırışını qətiyyətlə dəstəkləyəcəklərini bildirblər.

Seymur ƏLİYEV

 

Chosen
27
1
moderator.az

2Sources