EN

“Qarabağ” bizdən üstün deyildi, o penalti bizi “öldürdü”

“Penalti epizodunu yaxından görmədim”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin fransalı legioneri İmad Faraj deyib.

26 yaşlı vinger Premyer Liqanın XI turunda səfərdə “Qarabağ”a 0:2 hesabı ilə uduzduqları görüşü belə şərh edib:

“Məşqçi mənə dedi ki, əslində, orada penalti yox idi. Həm də hakim çox tələsdi - fit çaldı və VAR-a baxmadan qərar verdi.

Bizim lehimizə olan epizodlarda penalti üçün 10 dəqiqə baxırlar, amma bu dəfə iki dəqiqəyə qərar çıxdı. Yəni, heç vaxt itirmədən birbaşa penalti verdi”.

O, ilk hissədə yaxşı oynadıqlarını bildirib:

“Çoxlu qol imkanlarımız oldu, müdafiədə də yaxşı idik. “Qarabağ” çox güclü komandadır, amma o penalti epizodu məncə, komandamızın ruh düşkünlüyünə səbəb oldu.

Düşünürəm ki, hər oyun daha yaxşı olacağıq, çünki hələ bir-birimizi tam tanımırıq, amma zamanla daha da yaxşılaşacağıq.

Məğlubiyyətin xüsusi bir izahı yoxdur. Dediyim kimi, o penalti bizi “öldürdü”.

Çünki yaxşı oynayırdıq, oyun bərabər keçirdi, “ Qarabağ” bizdən üstün deyildi, amma o penaltidən sonra hər şey dəyişdi”.

Chosen
51
sportinfo.az

1Sources