EN

COP29-un gənclər üzərində qurulan irsi geləcək sammitlər üçün iştirak modelidir - Yalçın Rəfiyev

BAKI,TurkicWorld

Braziliyanın Belen şəhərində keçirilən COP30 sammitinin ilk günü uşaqlar və gənclərin iştirakı ilə bağlı məsələlər diqqət mərkəzində olub.

"Uşaqlar və İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu"nun nazirlər görüşü zamanı iştirakçılar uşaqyönümlü iqlim siyasətləri və maliyyələşdirmə mexanizmlərinin gücləndirilməsi mövzusunda müzakirələr aparıblar.

TurkicWorld-in məlumatına görə, görüş UNICEF-lə birgə təşkil edilib və təşkilat tədbirdə Qlobal Uşaq Riskləri Bazası (Global Child Hazard Database) adlı yeni məlumat platformasını təqdim edib. Bu baza ölkələrə uşaqyönümlü milli iqlim siyasətlərinin və yeni nəsil iqlim planlarının (NDCs 3.0) hazırlanmasında dəstək göstərməyi hədəfləyir.

Tədbirdə COP29-un baş danışıqçısı Yalçın Rəfiyev də iştirak edib.

Yalçın Rəfiyev çıxışında vurğulayıb ki, COP29-un gənclərin və uşaqların iştirakı üzərində qurulan irsi gələcək sammitlər üçün mənalı iştirak modelinə çevrilib.

Baş danışıqçı qeyd edib ki, COP29 Sədrliyinin Gənclər üzrə İqlim Çempionu və UNICEF arasında qurulan əməkdaşlıq nəticəsində uşaqyönümlü iştirakın təşviqi, gənclərin liderliyi ilə həllərin irəli çəkilməsi və iqlim qərarlarında uşaqların səsinin eşidilməsini təmin edən mühüm platforma yaranıb.

Chosen
22
4
turkic.world

5Sources