EN

Tramp BBC-ni 1 milyard dollar məbləğindəMƏHKƏMƏ İDDİASI İLƏ HƏDƏLƏDİ

ABŞ Prezidenti Donald Tramp BBC yayım korporasiyasını noyabrın 14-nə qədər onun redaktə edilmiş çıxışı olan buraxılışı silmədiyi təqdirdə 1 milyard dollar məbləğində iddia ilə hədələyib.

 

Bu barədə BBC ABŞ Prezidentinin vəkillərinin məktubuna istinadən məlumat yayıb.

 

BBC-nin 2024-ci ilin oktyabrında efirə verdiyi "Panorama" verilişində Trampın çıxışı elə montaj edilib ki, guya o, Konqres binasının ələ keçirilməsinə çağırış edir, halbuki o, əslində vətəndaş mövqeyinin dinc vasitələrlə ifadə edilməsinin vacibliyindən danışıb.

 

Bu qalmaqal nəticəsində yayım korporasiyasının baş direktoru Tim Deyvi, həmçinin xəbər yayımı rəhbəri Debora Terness istefa veriblər.

 

Qeyd edək ki, BBC Şurasının sədri Samir Şah ABŞ Prezidenti Donald Trampın "Panorama" proqramında nitqinin redaktə edilməsindən sonra üzr istəyib.

Chosen
21
1
senzor.az

10Sources