AZ

Donald Tramp BBC-ni 1 milyard dollarlıq məhkəmə iddiası ilə HƏDƏLƏDİ

ABŞ Prezidenti Donald Tramp BBC yayım korporasiyasını 14 noyabr tarixinə qədər onun düzəliş edilmiş çıxışı olan buraxılışı silmədiyi təqdirdə 1 milyard dollar məbləğində məhkəmə iddiası ilə hədələyib. Ajans.az BBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin vəkillərinin məktubyayımlayıb. Qeyd edilib ki, BBC-nin 2024-ci ilin oktyabrında efirə verdiyi "Panorama" verilişində Trampın çıxışına elə düzəliş edilib ki, guya o, Konqres binasının ələ keçirilməsinə çağırış edir. Lakin, o, vətəndaş mövqeyinin dinc vasitələrlə ifadə edilməsinin vacibliyindən danışıbmış. Bu qalmaqal nəticəsində yayım korporasiyasının baş direktoru Tim Deyvi, həmçinin xəbər yayımı rəhbəri Debora Terness istefa verib.

Qeyd edək ki, BBC Şurasının sədri Samir Şah ABŞ Prezidenti Donald Trampdan üzr istəyib.

Seçilən
29
46
Ajans.az

10Mənbələr