EN

Tramp şatdaunun ləğvi ilə bağlı qanun layihəsi imzalayacağını bildirib

Vaşinqton, 11 noyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp şatdaunun ləğvi ilə bağlı qanun layihəsi masasına gələcəyi təqdirdə imzalayacağını bildirib. AZƏRTAC-ın məlumatına görə, bu barədə o, Ağ evdə jurnalistlərə açıqlamasında deyib.

“Biz hökuməti açacağıq. Bağlanması çox pisdir”, - deyə Tramp əlavə edib.

Qeyd edək ki, qanun layihəsi Nümayəndələr Palatasında səsverməyə çıxdıqdan və təsdiqləndikdən sonra imzalanması üçün Prezidentə göndəriləcək.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Chosen
16
1
azertag.az

2Sources