EN

Qohumunun əmlakını yandırmaqda şübhəli şəxs saxlanılıbVİDEO

Zaqatalada qohumunun əmlakını yandırmaqda şübhəli şəxs saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə dünən axşam saat 23:00 radələrində rayonun Bəhmətli kəndində qeydə alınıb.

Kənd sakini, 32 yaşlı Araz Ərşadoğluna məxsus evin həyətyanı sahəsində yerləşən, ümumi sahəsi 12 kvadratmetr olan yardımçı tikilidə yanğın baş verib. Hadisə yerinə cəlb olunan Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları yanğını qısa müddətdə söndürüb. İlkin araşdırmalar zamanı yanğının qəsdən törədildiyi məlum olub.

Məlumata görə, zərərçəkən Araz Ərşadoğlu ilə əmisi, 61 yaşlı İlham Məmmədov arasında uzun müddətdir torpaq sahəsinə görə mübahisə var imiş. Qohumlar arasında yaranan narazılıq zəminində İlham Məmmədovun qardaşı oğluna məxsus yardımçı tikilini yandırdığı bildirilir.

Hadisədən sonra polisə məlumat verilib, əməliyyat keçirilib. Nəticədə əmlakı yandırmaqda şübhəli şəxs saxlanılıb.

Qeyd edək ki, keçən il də Araz Ərşadoğlunun yaşadığı ev müəmmalı şəkildə yanıb. Hadisəyə hüquqi qiymət veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
20
3
xezerxeber.az

7Sources