EN

Almaniya sürətlə silahlanır: 3 milyard avro ayrıldı

Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bundestaq orduya lazımi silahların alınması üçün 3 milyard avro ayrılması layihəsini təsdiqləyib.

Bakupost.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Ayrılan vəsait Amerikanın “Airbus” şirkətindən 20 yüngül döyüş helikopterinin alınması üçün nəzərdə tutulub. Alınacaq helikopterlərin ümumi dəyəri 1 milyard avroya yaxın olacaq.

Eyni zamanda, 100 min gecəgörmə cihazının alınması da planlaşdırılır.

Bu cihazların ümumi dəyəri bir milyard avro təşkil edəcək. Bütün bunlarla yanaşı, Almaniya Müdafiə Nazirliyi Almaniyanın “Diehl” şirkətindən zenit-raket kompleksləri almaq istəyir. Bu silah üçün 1,2 milyard avro xərclənməsi planlaşdırılır.

Qeyd edək ki, bu hərbi satınalma müqaviləsi ilə bağlı yekun qərar noyabrın 12-də keçiriləcək səsvermədə qəbul olunacaq.

Asena,

BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
57
www.bakupost.az

1Sources