Mia.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Bir həftəlik, yaxud 10 günlük Bakıya gələcəyəm“.
Mia.az bildirir ki, bu barədə ABŞ-da mühacirətdə yaşayan Milli Məclisin sabiq sədri Rəsul Quliyev Müsavat TV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, ötən ay qızı, həyat yoldaşı və nəvəsi Azərbaycana səfər edib. “Ola bilsin, mən də bir həftəlik, yaxud bir aylıq Azərbaycana səfər edim. Baxaq da…”.
Rəsul Quliyev bildiirb ki, Qarabağa - Xankəndinə də getmək istəyir.O, Azərbaycanda daha yaşamaq istəmədəiyini də dilə gətirib: “Mənim bir aydan sonra 78 yaşım tamam olur. Bu, çox böyük yaşdır. Gəlib Azərbaycanda nə edəcəyəm? Övladlarım, nəvələrim Amerikada işləyir, yaşayır. Onlar daha Azərbaycana köçüb yaşayası deyillər. Gələndə də səfərə gəlib qayıda bilərlər”(Azpost.info).
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.