EN

Levandovski ən çox het-trik edən futbolçu oldu

style='margin-bottom:10px;'>

Robert Levandovski het-trik sayı ilə dünya ulduzlarını geridə qoyub.

QOL.az xəbər verir ki, “Barselona”nın hücumçusu Robert Levandovski La Liqanın 12-ci turunda “Selta” ilə görüşdə (4:2) het-trik edərək son 10 mövsüm ərzində bütün turnirlərdə ən çox het-trik edən futbolçu statusunu qazanıb. Polşalı forvard matçda ardıcıl üç qol vurmaqla 556-cı oyununda 26-cı het-trikini rəsmiləşdirib. Bu nəticə ilə Levandovski digər dünya ulduzlarını geridə qoyub. “Bavariya”nın hücumçusu Harri Keyn isə 558 matçda 25 het-trik edərək ikinci yerdədir. 

Het-trik sayına görə siyahıda yer alan ilk altı futbolçu:

Robert Levandovski (“Barselona”) – 556 matç, 26 het-trik
Harri Keyn (“Bavariya”) – 558 matç, 25 het-trik
Kriştiano Ronaldo (“Əl-Nəsr”) – 413 matç, 23 het-trik
Lionel Messi (“İnter Mayami”) – 451 matç, 23 het-trik
Kilian Mbappe (“Real Madrid”) – 536 matç, 23 het-trik
Erling Haaland (“Mançester Siti”) – 296 matç, 21 het-trik

Chosen
19
1
teleqraf.com

5Sources