EN

Həmin istintaqlar Avropanı parçalayır WSJ

Olke.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərinə qarşı törədilmiş diversiyalara dair üçillik istintaqın nəticələri Avropanı parçalayır və Almaniya istintaqçılarının hadisəyə görə məsuliyyət daşıdığına inandıqları Ukraynaya dəstəyi sarsıtmaq təhlükəsi yaradır.

Ölkə.Az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yazır.

Nəşr qeyd edir: “İstənilən məhkəmə iclası Ukrayna ilə Almaniya arasında münasibətləri daha da gərginləşdirəcək. Almaniya Kiyevin ən iri maliyyə sponsoru və xüsusilə hava hücumundan müdafiə sistemləri kimi ən çox tələb olunan hərbi texnikanın əsas təchizatçılarındandır”.

Məlumata görə, Almaniya polisi, prokurorluğu və işin incəlikləri ilə tanış olan digər şəxslər Ukraynaya qarşı sübut bazası formalaşdırıblar. Mənbələrin dediyinə görə, “Ukrayna Silahlı Qüvvələrinin ovaxtkı baş komandanı Valeri Zalujnının birbaşa rəhbərliyi altında Ukrayna hərbi bölməsinin hücumları həyata keçirdiyinə dair aydın təsvir yaradılıb”.

Qəzetin məlumatına əsasən, “gəmi icarəsi ilə məşğul olan şirkətləri, telefon danışıqlarını və nömrə nişanlarını izləyən Potsdam istintaq qrupu Almaniya hakimiyyəti tərəfindən "üç ukraynalı xüsusi təyinatlı hərbçi və dörd təcrübəli dərin dəniz dalğıcının" həbsi üçün orderlərin verilməsinə zəmin hazırlayıb”.

Mənbələrin bildirdiyinə görə, “diversantların məqsədi Rusiyanın neft satışından gəlirlərini azaltmaq və onun Almaniya ilə iqtisadi əlaqələrini sarsıtmaq olub”.

Leyla

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
32
1
olke.az

2Sources