EN

Ağ Evdə Tramp və Əl Şaraa arasında görüş başlayıb

Ağ Evdə ABŞ Prezidenti Donald Trampla suriyalı həmkarı Əhməd Əl Şaraa arasında görüş başlayıb.

Bu barədə Aznews.az"Al Jazeera" telekanalına istinadən xəbər verir.

Daha əvvəl SANA dövlət agentliyi xəbər verib ki, Suriya lideri bazar ertəsi Ağ Evdə ABŞ-dən olan həmkarı Donald Trampla görüşəcək. ABŞ-nin Suriya üzrə xüsusi elçisi Tom Barak Əl Şaraanın Vaşinqtona gözlənilən səfərini ilk dəfə 1 noyabrda Bəhreyndə keçirilən Manama dialoqu çərçivəsində açıqlayıb. O, Suriyanın ABŞ-nin rəhbərlik etdiyi İŞİD-ə qarşı mübarizə aparan koalisiyaya qoşulmağı gözlədiyini bildirib.

Chosen
50
6
aznews.az

7Sources