EN

Füzulidə şəhid Pərviz Gülmalıyevin xatirəsi anılıb...

Vətən müharibəsi şəhidi Pərviz Gülmalıyev Zaur oğlunun anım günündə məzarı ziyarət olunub, xatirəsi anılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, şəhidin anım günündə ailə üzvləri ilə bərabər, Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri iştirak ediblər.

Şəhidin həyat və döyüş yolundan danışılıb. Bildirilib ki, Pərviz Gülmalıyev 1997-ci ildə Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. Vətən müharibəsinə könüllü olaraq yollanıb və Füzuli, Qubadlı və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Pərviz Şuşa rayonunun Daşaltı kəndində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən Pərviz Gülmalıyev ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Chosen
25
3
sia.az

4Sources