EN

Faiq Ələkbərli “Yusif Balasaqunlunun sosial fəlsəfi görüşləri və Türk fəlsəfəsi” mövzusunda məruzə edib

Xalqcebhesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

10 noyabr 2025-ci ildə Qırğızıstanıb paytaxtı Bişkekdə Yusif Balasaqunlu adına Qırğız Milli Üniversitetinin 100-cü yubileyinə həsr olunmuş “Türk dünyası və Yusif Balasaqunlu” başlıqlı beynəlxalq II. Forum keçirilib. Həmin forumda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli onlayn formada iştirak edib.

Faiq Ələkbərli “Yusif Balasaqunlunun sosial-fəlsəfi görüşləri və Türk fəlsəfəsi” adlı məruzəsində 11-ci əsrdə yaşamış mütəfəkkirin ictimai-siyasi və fəlsəfi-əxlaqi baxışlarının geniş şəkildə təhlilini verib. Onun sözlərinə görə, Yusif Balasaqunlunu bir tərəfdən yunan-roma fəlsəfəsi, digər tərəfdən türk fəlsəfəsindən bəhrələnərək, bunun nəticəsində dəyərli əsərlər qələmə alıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
48
icma.az

1Sources