EN

Yeni il ərəfəsində əfv gözlənilir? - Komissiya üzvündən AÇIQLAMA

Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il gəlir.

Bu günlər bayram olmaqla yanaşı həm də bəzi insanlar üçün azadlıq gününə çevrilir.

Çünki Azərbaycan Respublikasının Prezidenti tərəfindən əvvəlki illərdə 31 dekabr ərəfəsində əfv sərəncamları imzalanıb.

Məhz Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlməsinə isə iki aydan da az vaxt qalıb.

Bəs Yen il ərəfəsində növbəti əfv sərəncamı gözlənilir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan Azərbaycan Respublikasnın Prezidentiı yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib ki, hazırda Prezident yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilmir:

"Ölkədə zəfərin 5-ci ildönümü ilə bağlı böyük tədbirlər keçirilirdi. Buna hazırlıq prosesləri var idi və şübhəsiz ki, belə bir vaxtda bütün dövlət orqanları diqqəti bu məsələyə yönəltmişdi. Qeyd edim ki, 2025-ci ildə əfv sərəncamı may ayında olmuşdu. Növbəti əfv sərəncamının nə vaxt, yaxud yaxın vaxtlarda olması ilə bağlı hər hansı bir məlumata malik deyiləm.

Bildirim ki, əfv hüququ cənab Prezidentin müstəsna Konstitusion səlahiyyətidir və onun nə vaxt verilməsi ilə bağlı ölkə başçısı qərar qəbul edir. Ona görə də dəqiqi və qəti bir fikir söyləmək o qədər də doğru olmazdı. Əfv hüququnun həyata keçirilməsi təşkilatı və texniki cəhətdən Prezidenti yanında Əfv Məsələləri Komissiyası tərəfindən həyata keçirilir.

İlk növbədə iclasların çağırılması, daxil olan müraciətlərin müzakirəsi və rəylərin hazırlanması cənab Prezidentə təqdim olunması kimi proseslərdən keçir. Bir daha qeyd edirəm ki, yaxın vaxtlarda belə bir sərəncamın olması ehtimalı ilə bağlı hər hansı məlumata malik deyiləm".

Chosen
28
3
cebheinfo.az

4Sources