EN

Səhər yeməyində bu məhsullardan uzaq durun - diyetoloq səbəbini açıqladı

Rusiyalı diyetoloq Mixail Ginzburq səhər yeməyində kolbasa ilə sendviç və bəzi digər populyar məhsulların qəbul edilməməsini məsləhət görüb.

Ölkə.az xəbər verir ki, bu barədə o, “Gazeta.Ru”ya danışıb.

Onun sözlərinə görə, səhəri kolbasa ilə sendviçlə başlamaq düzgün deyil, çünki emal olunmuş ət məhsullarını sağlam qidalanmaya aid etmək olmaz. O əlavə edib ki, belə ət məhsullarında transyağlar olur və onların artıq miqdarda qəbulu ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Bundan başqa, dietoloq səhər yeməyində tez bişən sıyıqlardan və quru səhər yeməklərindən (məsələn, qarğıdalı lopaları) uzaq durmağı tövsiyə edib. “Tez bişən sıyıqlarda demək olar ki, heç bir faydalı maddə yoxdur, tərkibində isə əsasən şəkər birinci yerdə dayanır. Eyni şey quru səhər yeməklərinə də aiddir".

Sonda o bildirib ki, səhəri boş mədəyə qəhvə ilə başlamaq da zərərlidir. Onun sözlərinə görə, qəhvənin ac qarına içilməsi mədə selikli qişasını qıcıqlandıra və nəticədə ürək yanması və qastritin kəskinləşməsinə səbəb ola bilər.

Həmidə İbrahimova

Chosen
41
50
olke.az

10Sources