EN

“Məqsədimiz ən azı bir qızıl medal qazanmaqdır” - FBA-nın baş katibinin İDMAN.BİZ-ə AÇIQLAMASI

Bu gün Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarının boks turnirində final görüşləri keçiriləcək.

Məlumata görə, Azərbaycanı dörd boksçu təmsil edəcək və onlar qızıl medallar uğrunda mübarizə aparacaqlar.

İdman.Biz mövzu ilə bağlı Azərbaycan Boks Federasiyasının (FBA) baş katibi Nağı Səfərovdan açıqlama alıb.

O, Azərbaycan boksçularının gücünə inandığını bildirib:

“Turnirdə yalnız yeddi boksçumuz iştirak edib - üç kişi və dörd qadın. Onlardan altısı yarımfinala yüksələrək ölkəmiz üçün medal qazanıblar. İndi isə final görüşlərini gözləyirik, bu mərhələdə dörd idmançımız çıxış edəcək. Ümid edirəm ki, finaldakı rəqiblərin gücünə baxmayaraq, ən azı bir qızıl medalımız olacaq”.

Vüqar Vüqarlı, Ər-Riyad

İdman.Biz

Chosen
29
1
idman.biz

2Sources