"Sabah" klubunda ayrılıq yaşanıb. 

Offsideplus.az xəbər verir ki, Kristian Sebalyos "Sabah"ın məşqçilər korpusundan ayrılıb. Gənc məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, karyerasını İtaliyanın "Fiorentina" klubunun əsas komandasında məşqçi kimi davam etdirəcək.

Qeyd edək ki, Sebalyos 2021-2024-cü illərdə "Sabah"da futbolçu kimi çıxış edib. O, bu ilin yayından əsas Masazır təmsilçisinin məşqçilər korpusunun üzvü idi.