EN

Paşinyan: “Rusiya Ermənistanı ipdə saxlayırdı”

AzVision.az xəbər verir ki, Nikol Paşinyan əvvəlki liderlər, eləcə də onların arxasında duran qüvvələrin “xalqların hüquqları” və “tarixi ədalət” şüarları arxasında gizlənərək Ermənistanı “ipdə” saxladıqlarını deyib.

“Müharibədən əvvəl aparılan bütün danışıqlar və təkliflər münaqişənin həlli üçün deyil,“ipi qısaltmaq” , yəni respublika üzərində kənar nəzarəti gücləndirmək məqsədi daşıyırdı. Bu siyasətin son məqsədi erməni dövlətçiliyinin məhv edilməsi idi”,- Ermənistanın baş naziri bildirib.

Paşinyan bunu təsdiqləyən danışıqlar sənədlərinin ilin sonuna kimi dərc olunacağını açıqlayaraq, Köçəryan və Sarkisyanı ölkəni əvvəlcə“Lenin, partiya, Qorbaçov” şüarı altında yazılan və həyata keçirilən“KQB ssenarisi” nə qaytarmağa çalışmaqda ittiham edib.

- Əldə edilən nəticə isə sıfıra bərabər olub”,- Nikol Paşinyan bildirib.

Sahil İsgəndərov
AzVision.az
Chosen
22
1
azvision.az

2Sources