EN

“Azərbaycan üçün “İbrahim Razılaşmaları”na qoşulmağın elə bir əhəmiyyəti yoxdur...”

ain.az, Moderator.az saytına istinadən bildirir.

“Başqa bir sual yaranır ki, “İbrahim Razılaşmaları” İsraillə indiyədək diplomatik əlaqələri olmayan İslam ölkələrini əhatə etməlidir, amma Qazaxıstanla diplomatik əlaqələr çoxdan mövcuddur, bəs bu kontekstdə Qazaxıstanın sözügedən razılaşmaya qoşulmasının məntiqi nədir?..”

“Türk Dövlətləri Təşkilatı getdikcə güclənir, ölkələr arasında inteqrasiya və əməkdaşlıq artır. Lakin bu hər bir türk dövlətinin ayrıca müstəqil xarici siyasət yürüdə bilməyəcəyi anlamına gəlmir. Əlbəttə, bir çox məsələlərdə təmaslar vacibdir. Lakin  Qazaxıstanın özünün müstəqil xarici siyasəti var. Doğrudur, Türkiyənin İsrail rəhbərliyi ilə münasibətləri gərgindir. Amma bu o demək deyil ki, digər türk dövlətlərinin də İsraillə münasibətləri eyni cür olmalıdır”.

Politoloq Elxan Şahinoğlu bu fikirləri Moderator.az- a açıqlamasında “Türk Dövlətləri Təşkilatının aparıcı üzvlərindən olan Qazaxıstan dövlət başçısı Kasım-Comart Tokayevin Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşdə İsraillə diplomatik münasibətlərin normallaşdırılmasını nəzərdə tutan “İbrahim Sazişləri”nə qoşulmaq niyyətini bəyan etməsi Türkiyə ilə münasibətlərinə mənfi təsir göstərməyəcək ki? Axı Türkiyənin İsraillə münasibətləri gərgin olaraq qalır...” sualına cavab  verərkən ifadə edib.

“Azərbaycanın özü də İsraillə güclü tərəfdaşlıq əlaqələrinə sahibdir. Elə Bakıdakı Türkiyə Prezidentinin də iştirak etdiyi son hərbi paradda da İsraildən alınmış bir neçə hərbi texnika nümayiş etdirildi. Yəni, bu, Azərbaycanın müstəqil xarici siyasətinin nəticəsidir. Türkiyə bizim strateji müttəfiqimizdir, lakin İsraillə də tərəfdaşlıq əlaqələrimiz mövcuddur. 

Bir sözlə, hesab edirəm ki, Qazaxıstanın “İbrahim Razılaşmaları”na qoşulması Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə, eləcə də Qazaxıstan və Türkiyə arasında mövcud olan sıx əməkdaşlığa mənfi təsir etməyəcək”, -deyə davamında siyasi şərhçi bildirib.

“Ümumiyyətlə,  İbrahim Sazişləri adətən ərəb regionu ölkələrini əhatə etməlidir. Orta Asiya, eləcə də Güney Qafaz regionu ölkələrinin həmin Sazişlərə qoşulması nə dərəcədə məqsədəuyğundur?” sualını isə politoloq belə cavablandırıb: 

“Əslində, bu Sazişlər yalnız ərəb ölkələrinə aid deyil. Bunun ümumiyyətlə, müsəlman ölkələrini əhatə etməsi nəzərdə tutulub. Ancaq başqa bir sual yaranır ki, “İbrahim Razılaşmaları” İsraillə indiyədək diplomatik əlaqələri olmayan İslam ölkələrini əhatə etməlidir, amma Qazaxıstanla diplomatik əlaqələr çoxdan mövcuddur, bəs bu kontekstdə Qazaxıstanın sözügedən razılaşmaya qoşulmasının məntiqi nədir? Yəqin ki, bunu ABŞ rəhbərliyi  xüsusi olaraq Qazaxıstan hakimiyyətindən istəyib və bunun qarşılığında ölkəyə iqtisadi sahədə müəyyən vədlər verilib.  Məsələn, Özbəkistan və digər Mərkəzi Asiya ölkələri İbrahim Razılaşmasına qoşulmadılar, halbuki onlar da Vaşinqtonla görüşündə iştirak edirdilər...

Azərbaycanın özünə də Vaşinqton tərəfindən belə bir təklifin edildiyini ehtimal edirəm. Lakin bizim artıq İsraillə sıx tərəfdaşlıq əlaqələrimiz olduğundan,  düşünürəm ki, dövlətimiz üçün isə ayrıca “İbrahim Razılaşmaları”na qoşulmağın elə bir böyük əhəmiyyəti yoxdur...”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
48
1
moderator.az

2Sources