EN

Uşaqlarını dərsdən yayındıran valideyn həbs olundu: Məktəbdə əxlaqsızlıq İDDİASI

ain.az, Lent az saytına istinadən bildirir.

Kürdəmirdə məktəb dava salan valideyn həbs olunub.

Lent.az xəbər verir ki, hadisə Beyi kəndində yerləşən orta məktəb baş verib.

Kənd sakini olan 30 yaşlı Habil Məhərrəmov (ad və soyad şərtidir) məktəbin dəhlizində direktor və müəllim heyətini söyərək, səs-küy salıb. Buna görə də onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub.

Habil Məhərrəmov bildirib ki, övladı müəyyən problemlərə görə birinci sinfə gedə bilmədiyi üçün direktor birbaşa ikinci sinfə keçirib:

“İbtidai sinif şagirdlərini birləşdirib birlikdə dərs keçmələrinə etiraz etdim. Buna görə sentyabrın 16-da direktorla aramızda mübahisə yarandı. Bundan sonra məktəbdə lazımi səviyyədə dərslər keçirilmədiyi, müəllim heyəti və direktorun qeyri-etik hərəkətlər etmələri barədə DİN-in 102 qaynar xəttinə zəng edib məlumat vermişəm. Əməlimdən peşmanam və bunun nəzərə alınmasını xahiş edirəm”.

Zərərçəkən qismində çıxış edən direktor bildirib ki, şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, övladlarını dərsdən yayındırır. Onun və digər müəllimlərin məktəbdə tərbiyəsiz hərəkətlərlə məşğul olmağımız barədə şər-böhtan xarakterli ifadələr səsləndirib:

“Sentyabrın 16-da məktəbə gəlib mənim və müəllimlərin haqqında xoşagəlməz ifadələr səsləndirdiyi üçün barəsində akt tərtib olundu. Lakin polisə şikayət etmədim ki, valideyndi, səhvini başa düşər. Amma o, polisə şikayət edərək bizim məktəbdə əxlaqsız hərəkətlər məşğul olduğumuzu iddia edib. Polis gəlib məktəbdə araşdırma aparsa da, heç bir fakt tapılmadı. Tərtib etdiyimiz aktı polisə təqdim etdik və onun cəzalandırılmasını xahiş edirik”.

Kürdəmir rayon Məhkəməsinin qərarı ilə Habil Məhərrəmov barəsində 5 gün müddətinə inzibati həbs qərarı verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
56
4
lent.az

5Sources