Almaniya və Böyük Britaniya Rusiyanın və Çinin kosmosdakı peyklərindən gələn artan təhlükə barədə xəbərdarlıq ediblər. Hər iki ölkə Rusiyanın kosmosda peyklərini izləməsi, siqnallarını pozması və onlara müdaxilə etməsi hallarının artdığını vurğulayıb...
APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, bu yaxınlarda iki rus kəşfiyyat peyki Almaniya Silahlı Qüvvələri və onların müttəfiqləri tərəfindən istifadə olunan iki IntelSat peykini izləyərkən aşkar edilib.
Bu barədə açıqlama verən Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiyanın kosmosda fəaliyyətinin onlar üçün əsas təhlükə mənbəyinə çevrildiyini deyib.
“Rusiya və Çin son illərdə kosmik müharibə qabiliyyətlərini sürətlə genişləndiriblər: onlar peykləri siqnal pozma, korlama, manipulyasiya və ya fiziki şəkildə məhv etmə imkanına malikdirlər”, – Pistorius əlavə edib. O, Almaniyanın kosmik proqramlarına milyardlarla avro əlavə maliyyə ayrılacağını açıqlayıb.
Böyük Britaniya Kosmik Komandanlığının rəhbəri Pol Tedman də xəbərdarlıq edərək bildirib ki, Rusiya peykləri Britaniya peyklərini izləyir və demək olar ki, “həftəlik” olaraq siqnallarını pozur.
Poliqon.info