EN

NATO 2022-də Zelenskinin tələbini niyə rədd edib? - Keçmiş baş katib bunu ilk dəfə açıqladı...


NATO katibi Yens Stoltenberq 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin gedişatını dəyişdirən “Alyansın Ukrayna hava məkanını bağlamamaq” qərarının pərdəarxasını ilk dəfə açıqlayıb.

Ukrayna prezidentinin 2022-ci ildə Kiyevdəki bir bunkerdən ona zəng etdiyini deyən Stoltenberq bildirib ki, Zelenski Rusiya təyyarələrinin hücumlarının qarşısını almaq üçün NATO-dan Ukrayna hava məkanını bağlamağı tələb edib.

Stoltenberq Zelenskinin ona "Bilirəm ki, NATO bunu edə bilər, çünki siz bunu əvvəllər də etmisiniz. NATO 1990-cı illərdə vəhşiliklərin qarşısını almaq üçün Bosniya və Herseqovina üzərində hava məkanını bağladı. Böyük Britaniya da daxil olmaqla, NATO müttəfiqləri də kürdləri qorumaq üçün Şimali İraqda hava məkanını bağladı" dediyini bildirib.

Stoltenberq Zelenskinin bunu niyə istədiyini başa düşdüyünü də deyib: "Mən onun bunu niyə istədiyini başa düşürəm. Amma bu, baş verməyəcək, çünki NATO Ukrayna hava məkanını bağlasa, ilk etməli olduğumuz şey Belarus və Rusiyadakı Rusiya hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq olacaq. Çünki NATO təyyarələrini hədəf alan Rusiya hava hücumundan müdafiə raketləri ilə Ukrayna hava məkanı üzərindən uça bilmərik.

Əgər havada Rusiya təyyarəsi və ya helikopteri varsa, onu vurmağa məcbur olarıq və sonra NATO ilə Rusiya arasında tammiqyaslı müharibəyə girmiş olarıq. Biz bunu etməyə istəkli deyilik.

ABŞ-ın o vaxtkı prezidenti Baydenin dediyi kimi, biz Ukraynaya görə üçüncü dünya müharibəsi risqinə gedə bilmərik".

Keçmiş baş katib xatırladıb ki, həmin vaxt alyansın iki qərarı olub: Ukraynanı dəstəkləmək və müharibənin NATO ərazisinə yayılmasının qarşısını almaq.

TAHİR

Chosen
30
baki-xeber.com

1Sources