EN

Paşinyan razılaşdı: Bu ərazilər Azərbaycana verilir

Sülh Azərbaycanın şərtləri əsasında - onun tələblərinin yerinə yetirilməsi ilə həyata keçirilir. Bakının son açıqlamaları və Paşinyanın paylaşdığı məqalələr bunu təsdiqləyir.

Publika.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Suren Surenyants deyib.

“Məqalə “Paşinyanın sülhü - Azərbaycanın şərtləri ilə: Paşinyan Bakının yeni tələbini qəbul etdi” başlığı altında dərc olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Ayxan Hacızadə yaxınlarda bəyan edib ki, Qazax rayonunun üç kəndinin və Naxçıvandakı Kərki kəndinin qaytarılması hər zaman Bakının prioriteti olub.

Onun sözlərinə görə, bu məsələ sərhədlərin delimitasiyası üzrə komissiyalar çərçivəsində həll edilməlidir”.

Chosen
28
2
publika.az

9Sources