EN

Şəkidə yol-nəqliyyat hadisəsi – sürücü sıxılı vəziyyətdə xilas edilib

Şəki rayonunun İnçə kəndi ərazisində baş verən yol-nəqliyyat qəzasında bir nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.

Doğru.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xətti vasitəsilə məlumat daxil olub və dərhal hadisə yerinə Şəki rayon Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib.

Məlumata görə, qəza “Mercedes E220” və “Chevrolet Cruze” markalı avtomobillərin toqquşması nəticəsində baş verib. Hadisə zamanı “Mercedes”in sürücüsü 2003-cü il təvəllüdlü Sevindir Yamən oğlu Abdulrəhimov avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər tərəfindən çıxarılmış sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

DOĞRU.AZ

Chosen
32
11
dogru.az

10Sources