EN

Murov yüksəkliyi uğrunda döyüşən qazi: "Əmr gəldi ki, hazırlaşın, gedirik!"

Vətən müharibəsi zamanı Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə iştirak etmiş qazi Elşən Şirinli həmin dövrdə baş verən hadisələri Baku TV-yə danışıb.
 
Qazi könüllü olaraq orduya qatılmaq qərarını Aprel döyüşlərindən sonra verdiyini qeyd edib:
 
"Aprel döyüşləri baş verən zaman artıq mən də düşündüm ki, vətən oğlu kimi döyüşlərə qatılmalıyam. Düzdür, həmin vaxt bizi qəbul etmədilər, könüllü olaraq getmişdik. Bizə bildirildi ki, hələ ki ehtiyac yoxdur, istəyirsinizsə, könüllü olaraq orduya xidmətə yazıla bilərsiniz. Elə yazıldıq, mən də kəşfiyyatçı ixtisasını seçdim".
 
Elşən Şirinli Tovuz istiqamətindəki döyüşlərdən sonra müharibənin qaçılmaz olduğunu anladığını vurğulayıb:
 
"Tovuzda baş verən döyüşlərdən sonra generalımız cənab Polad Həşimov və digər hərbçi yoldaşlarımız şəhid olanda artıq müharibənin qaçılmaz olduğunu bilirdik. Dağlarda təlimlərdə olan zaman komanda gəldi ki, artıq hazırlaşın, gedirik. O an hamının içində sevinc hissi yarandı. Hətta biz müharibənin başlanması əmrini bir-birimizlə qucaqlaşaraq qeyd etdik".
 
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Chosen
12
37
moderator.az

10Sources