EN

Böyrək və ürək xəstəliklərinin erkən aşkarlanması üçün YENİ ÜSUL

Moderator.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Nyu-York Universitetinin "Langone Health" Tibb Mərkəzinin alimləri müəyyən ediblər ki, qan analizlərində kreatinin və sistatin C səviyyələri arasındakı böyük fərq insanlarda böyrək çatışmazlığı, ürək-damar xəstəlikləri və hətta vaxtından əvvəl ölüm riskini artırır.

Tədqiqatın nəticələri JAMA jurnalında dərc olunub.

Yeni araşdırmada alimlər 50 ölkədən 861 min nəfərə yaxın insanın qan analizləri və tibbi məlumatlarını təhlil ediblər. İştirakçılarda həm kreatinin, həm də sistatin C səviyyələri ölçülüb və onların vəziyyəti orta hesabla 11 il ərzində izlənilib.

Nəticədə, məlum olub ki, bir çox insanda, xüsusilə, yaşlılarda sistatin C göstəriciləri kreatinindən bəzən 30 % və daha çox aşağı olur. Tədqiqatçıların fikrincə, bu fərq standart analizlərlə aşkarlanması çətin olan gizli böyrək pozğunluqlarına işarə edə bilər.

Araşdırmanın müəlliflərindən biri, doktor Morqan Qrems deyib:

"Nəticələrimiz göstərir ki, hər iki göstəricinin birgə ölçülməsi, xüsusilə, yaşlı və ağır xəstələrdə, çox vacibdir. Kreatinin və sistatin C-nin birlikdə qiymətləndirilməsi böyrək problemlərini erkən mərhələdə aşkarlamağa və sağlamlıq risklərini daha dəqiq proqnozlaşdırmağa imkan verir". /Oxu.az/

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
3
moderator.az

10Sources