EN

Hər bir amerikalı 2 min dollar dvidend alacaq - Tramp

ABŞ Prezidenti Donald Tramp bildirib ki, hakimiyyət vətəndaşlara adambaşına azı 2 min dollar məbləğində dividend ödəməyi planlaşdırır.


ABŞ lideri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.


O vurğulayıb ki, Vaşinqtonun digər ölkələrin məhsullarına tətbiq etdiyi tariflər ABŞ-yə əhəmiyyətli maliyyə vəsaitləri cəlb etməyə imkan verib. "Biz trilyonlarla dollar əldə edirik və tezliklə 37 trilyon dollarlıq böyük borcumuzu ödəməyə başlayacağıq", – deyə Tramp qeyd edib.


"Adambaşına azı 2 min dollar məbləğində dividend (yüksək gəlirli şəxslər istisna olmaqla) hamıya ödəniləcək", – deyə o əlavə edib. Tramp bu planla bağlı əlavə təfərrüatları açıqlamayıb./Report

Tarix: 9 Noyabr 2025, 23:38   
Chosen
35
4
pravda.az

5Sources