EN

İspaniya mətbuatından Arda Gülər haqqında şərh: “Ən zəif halqa”

Sherg.az saytına istinadən ain.az xəbər verir.

"Real Madrid" klubunun türk futbolçusu Arda Gülər hazırda İspaniyada ən çox müzakirə olunan adlardan biridir. Ölkə mətbuatında onunla bağlı dərc olunan məqalə böyük diqqət çəkib.

Sherg.az xəbər verir ki, "Real Madrid" bu həftə UEFA Çempionlar Liqasında səfərdə "Liverpul"a 1:0 hesabı ilə uduzub. Arda Gülər oyuna əsas heyətdə başlayıb və 81-ci dəqiqədə yerini Trent Aleksander-Arnolda verib.

Komandanın baş məşqçisi Xabi Alonso, gənc futbolçunu bu görüşdə müdafiə yönümlü yarımmüdafiəçi kimi oynadıb. Son vaxtlar hücumda çıxış edərək Kylian Mbappeyə bir çox qol ötürməsi edən Ardanın bu rolda oynaması "Real Madrid" azarkeşlərinin etirazına səbəb olub.

"Liverpul" oyununun ardından İspaniya mediasında Arda Gülər müzakirələri davam edir. “Sport” nəşri “Gülər, Xabi Alonsonun zəif halqasıdır” başlıqlı məqalə dərc edib və orada belə yazılıb:

“Arda Gülər hələ cəmi 20 yaşındadır və xüsusilə 90 dəqiqə boyunca mübarizə aparmaq üçün tələb olunan fiziki güc və dözümlülüyə sahib deyil. Buna görə də inkişaf etdirməli olduğu çox cəhəti var.”

Türkiyəli futbolçu əsas heyətdə başladığı 13 oyundan yalnız birini sona qədər oynayıb. 12 dəfə əvəzlənmə ilə o, "Real Madrid"də ən çox dəyişdirilən futbolçu olub. Ona ən yaxın göstərici 14 oyunda 8 dəfə əvəzlənən Kylian Mbappe və 13 oyunda 8 dəfə əvəz olunan Viniciusdur.

Bu hal Arda Güləri komandanın “zəif halqası”na çevirir; o, meydanda ilk yorulan oyunçudur, bu da belə çətin mövqedə performansının enməsinə və komandaya mənfi təsir edən səhvlərə yol verməsinə səbəb olur. Bellinghamın formaya qayıtması isə hücum oyununu qurma məsuliyyətini onunla bölüşdüyü üçün Ardanın rolunu azaldır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
73
sherg.az

1Sources